...

“Məktəbim” layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb

Cəmiyyət Materials 1 Fevral 2022 17:47 (UTC +04:00)
“Məktəbim” layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə həyata keçirdiyi “Məktəbim” layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb.

Agentlikdən Trend-ə bildirilib ki, qadınların özünüməşğulluq proqramına cəlb edilməsinə dəstək məqsədi daşıyan bu layihə çərçivəsində işsiz qadınlara məktəbəqədər təhsil müəssisəsini qurmaq üçün lazım olan avadanlıqlar təqdim edilir.

İlkin mərhələdə layihə iştirakçıları təlimlərə cəlb olunaraq məsləhət xidmətlərindən faydalanıb və biznes plan tərtib edib. Təlimləri uğurla başa vuran şəxslər sahibkarlıq fəaliyyətinə başlamaq üçün lazımi mal və materiallarla təmin olunurlar.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti