...

Gəncədə sahibsiz heyvanlar güllələnib? - İcra Hakimiyyətindən AÇIQLAMA

Cəmiyyət Materials 4 Fevral 2022 16:32 (UTC +04:00)
Gəncədə sahibsiz heyvanlar güllələnib? - İcra Hakimiyyətindən AÇIQLAMA

Bakı. Humay Ağacanova - Trend:

Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı, çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.

"Həmçinin, qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir. Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaqdır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Gəncədə küçə itlərinin kütləvi şəkildə güllələnərək məişət tullantıları poliqonuna atıldığı, daha sonra isə diri-diri basdırıldığı iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti