...

Qaradağ və Hacıqabulda su kəsiləcək

Cəmiyyət Materials 7 Fevral 2022 16:15 (UTC +04:00)
Qaradağ və Hacıqabulda su kəsiləcək

Bakı. Samir Əli - Trend:

Bu gün axşam saatlarından başlayaraq sabah günün sonuna qədər Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsinə və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, fasiləyə səbəb Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləridir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti