...

Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsinə yaxın vaxtlarda başlanılacaq

Cəmiyyət Materials 11 Fevral 2022 11:33 (UTC +04:00)
Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsinə yaxın vaxtlarda başlanılacaq

Bakı. Trend:

Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsinə yaxın vaxtlarda başlanılacaq.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Kollegiya iclasında 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirlib.

Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşılarında duran vəzifələr müzakirə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə ilə təmin olunacaq:

I dərəcə əlilliyə görə - 8 800 manat;

II dərəcə əlilliyə görə - 6 600 manat;

III dərəcə əlilliyə görə - 4 400 manat;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti