...

Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya 12 mindən çox şəxsə tətbiq edilib

Cəmiyyət Materials 11 Fevral 2022 19:34 (UTC +04:00)
Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya 12 mindən çox şəxsə tətbiq edilib

Bakı. Samir Əli - Trend:

Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrasının davam etdiyi, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12 300-dən çox şəxsə tətbiq edilib.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Amnistiyanın tətbiqi nəticəsində 8 100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3 400-dən çoxunun isə cəza müddəti azaldılıb.

Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti