...

Amnistiya aktı tətbiq edilən şəxslərin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Fevral 2022 15:27 (UTC +04:00)
Amnistiya aktı tətbiq edilən şəxslərin sayı açıqlanıb

Bakı. Samir Əli - Trend:

15.02.2022-ci il tarixinə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 12570 nəfərə tətbiq edilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilmiş, amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilmiş, 3630 nəfərin isə cəzası azaldılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti