...

Sərnişinlər ən çox hansı nəqliyyat vasitəsindən istifadə edir?

Cəmiyyət Materials 1 Mart 2022 20:39 (UTC +04:00)
Sərnişinlər ən çox hansı nəqliyyat vasitəsindən istifadə edir?

Bakı. Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 113,2 milyon sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 86,5 faizi avtomobil nəqliyyatı, 13,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 97,9 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə
müqayisədə 42,9 faiz artım qeydə alınmışdır.

Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 42,2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti