...

GPS.AZ şirkəti yük daşımalarında innovativ “Elektron kilid” sistemini təqdim edir

Cəmiyyət Materials 2 Mart 2022 16:39 (UTC +04:00)

Bakı. Trend:

GPS.AZ şirkəti yük daşımalarında innovativ “Elektron kilid” sistemini təqdim edir.

Bu texnologiya barədə Trend-ə şirkətin rəhbəri Camal Qarabəyov deyib:

“Şirkətimizin bir çox müştərisi daşınma zamanı yüklərin itirilməsi halları ilə üzləşir. Ölkənin iri əczaçılıq şirkətinin problemlərini təhlil edərək, daşınan yüklərə avtomatlaşdırılmış nəzarəti təmin edən yeni texnoloji həll hazırlayıb tətbiq etdik, hansı ki, daşınma zamanı itki hallarını tamamilə aradan qaldırır.

Adi möhürlərdən fərqli olaraq, sistem tam avtomatlaşdırılmışdır və banın açılması üçün birbaşa təmasın olmasını tələb etmir. Əməliyyat prinsipi iki şərtə əsaslanır:

1. Maşın yükün boşaldılması üçün icazə verilən coğrafi zonada olmalıdır.

2. Maşının yanında malı yükləmək və ya boşaltmaq səlahiyyəti olan məsul şəxs olmalıdır.

Sistemə peyk izləmə və naviqasiya terminalına qoşulan elektron kilid daxildir. GPS terminalı real-vaxt rejimində nəqliyyat vasitəsinin yer dəyişməsini izləyir və icazə verilən əraziyə daxil olduqdan sonra birinci şərti işə salır.

Hər bir məsul işçi daxili Bluetooth ötürücüsü olan xüsusi elektron açarla təmin olunur. Avtomobildə qoşulmuş GPS terminalı daim ətrafdakı radiusu skan edir və əhatə dairəsində elektron açar göründükdə ikinci şərti işə salır.

Hər iki şərt aktivləşdirildikdə salonda xüsusi indikator işə salınır, və işçilər müvafiq düyməni basaraq kilidi aça bilərlər.

Kuzova əlavə qapı açma sensoru və dörd kameradan ibarət video-müşahidə sistemi quraşdırılır. Qapı açıldığı zaman kamera baş verən hadisələri qeyd etməyə başlayır. DVR qurğusuna quraşdırılmış 4G və WiFi modulları sayəsində dispetçer ofisdə olarkən, avtomobilin harada olmasından asılı olmayaraq, real-vaxt rejimində Azərbaycanın istənilən nöqtəsində malların boşaldılmasına nəzarət edə bilər. Həmçinin, nəqliyyat vasitəsi bazaya gəldikdə, DVR WiFi vasitəsilə bütün video arxivi mərkəzi məlumat serveri ilə tam sinxronlaşdırır”.

GPS.AZ şirkəti 15 ildir ki, Azərbaycan bazarında GPS, M2M və IoT sahəsində avtomatlaşdırma və idarəetmə üçün innovativ həllər təklif edir. Abonent bazasının həcminə görə Azərbaycan bazarında lider olan şirkətə hazırda 20000 nəqliyyat vasitəsi qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti