...

Gəncədə Cavad xana abidə ucaldıla bilər

Cəmiyyət Materials 9 Mart 2022 17:50 (UTC +04:00)
Gəncədə Cavad xana abidə ucaldıla bilər

Bakı. Fərid Zöhrabov - Trend:

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

“Azərbaycan xalqının qəhrəman oğullarından olan Cavad xana Gəncənin ən gözəl guşələrindən birində heykəl qoyulması təklifi ilə bağlı bildiririk ki, Mədəniyyət Nazirliyinin 2021-ci il 1 dekabr tarixli 178-F nömrəli “Heykəltaraşlıq, abidələrinin, xatirə-memorial komplekslərinin ucaldılması və demontaj üzrə Ekspert Komissiyasının yaradılması və fəaliyyətinin təşkili haqqında” əmr imzalanıb. Ekspert Komissiyasının iclasında ölkəmizin görkəmli mədəniyyət nümayəndələrinin, dahi şəxsiyyətlərin heykəllərinin ucaldılması məsələsinə baxılacaq”, - hesabatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti