...

Zəfər amnistiyası ilə bağlı şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb

Cəmiyyət Materials 11 Mart 2022 11:20 (UTC +04:00)
Zəfər amnistiyası ilə bağlı şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı nazirlik üzrə 05.11.2021-ci il tarixli əmrlə həmin Qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılmışdır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, ötən müddətdə 15 belə şikayət daxil olmuş, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilmişdir (cəmi 19 məhkum barəsində).

Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilmiş, 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilmişdir.

Şikayətlərdən 2-i probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olmuşdur.

"Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilmiş, onlardan 6-sı məlum amnistiya aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində,6 sı zərərçəkmiş şəxslərin şikayətləri, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülmüşdür (məhkumlar barəsində mərhələləli şəkildə tədbirlərin görülməsi və həmin şəxslərin amnisitiya aktının tətbiqindən sonra cəzası azalsa da, 1 ildən çox həbsdə qalacağı nəzərə alınmışdır).

Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular (məhkumun məcburi müalicəsi ilə bağlı səhiyyə qurumuna davamlı müraciət edilməməsi və amnistiyanın tətbiqi ilə bağlı şikayətdən sonra müraciət olunması) Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılmışdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti