...

Azərbaycanda ilk dəfə Qadın Liderlər Forumu baş tutub (FOTO)

Cəmiyyət Materials 11 Mart 2022 12:40 (UTC +04:00)
Azərbaycanda ilk dəfə Qadın Liderlər Forumu baş tutub (FOTO)

Bakı. Trend:

EKVİTA-nın təşkilatçılığı və baş sponsorluğu, Coca-Cola Azərbaycanın sponsorluğu ilə “Qadın Liderlər Forumu” keçirilmişdir. Forum müasir cəmiyyətimizdə gender stereotiplərinin qırılması və qadınların biznes, hüquq kimi müxtəlif sahələrdə artan rolu haqqında 2 panel müzakirə əsasında formalaşmışdır.

Daha çox biznesdə qadınların rolunu vurğulayan birinci paneldə idarəetmədə bərabər iştirak hüququ, qadın rəhbərlər və onların üzləşdiyi çətinliklər müzakirə mövzusu olmuşdur. İkinci panel zamanı isə hüquqda kifayət qədər öz sözünü demiş panelistlər tərəfindən qadınların rolunun gücləndirilməsi, korporativ idarəetmədə iştirak və dövlət dəstəyi proqramları haqqında diskussiyalar aparılıb.

Forum çərçivəsində həmçinin inklüzivliyə dəstək məqsədi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin xanım üzvlərinin hazırladığı əl işlərindən ibarət sərgi də keçirilmişdir. Forumun ikinci yarısı klassik musiqinin müşayiəti altında netvörkinq şam yeməyi ilə sonlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti