Bakı. Trend:
Artıq 15 ildir ki, GPS.AZ böyük nəqliyyat parkına sahib olan şirkətlər üçün nəqliyyatın hərəkətinə real-vaxt rejimində nəzarət etməyə imkan verən proqressiv həllər tətbiq edir.
Sadə izləmə ilə yanaşı, əksər dispetçerlər logistikada gecikmələr və ya marşrutlarda dəyişikliklər ilə bağlı sürücülər ilə operativ əlaqə yaratmaqda və işlərini operativ kordinasya etməkdə çətinliklər ilə üzləşir. Sürücü sükan arxasında və avtomobil hərəkətdə olduğu halda mobil telefondan istifadə sürücünün diqqətini avtomobili idarə etməkdən yayındırır və sürücülük təhlükəsizliyini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sürücü avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyinə görə cərimələnə bilər.
GPS.AZ təklif etdiyi həll sadə və effektivdir – quraşdırılan GPS izləmə cihazlarında Bluetooth funksiyası sayəsində sürücü “handsfree” rabitə modulu və ya qulaqlıqdan istifadə edə və diqqəti yoldan yayınmadan dispetçerdən zəngləri qəbul edə bilər. “Bulud” IP ATS-in köməyi ilə qoşulmuş bütün GPS cihazları korporativ ATS-in daxili abunəçilərinə çevrilir. Dispetçer sadəcə ofis telefonunda qısa əlavə nömrə yığmaqla avtomobilə zəng edə bilər. Zəngin müddəti və əlaqə məhdudiyyətsizdir. Sürücü isə, SOS düyməsini basmaqla dərhal dispetçer ilə əlaqə qurur. Dispetçer məşğul olduğu halda zəng gözləmə növbəsinə keçir və ya digər dispetçerlər arasında bölünür.
3CX xidmətindən müasir, çoxfunksiyalı IP ATS müştəriyə bulud həlli kimi icarəyə verilir – bunun sayəsində müştəri server, lisenziya alınması və s. ilə bağlı heç bir xərc çəkmir. Sifarişçi bütün funksiyaları istifafə edə bilər, o cümlədən:
- Konfrans bağlantısı - ofis işçilərini və sürücüləri qrup zəngində birləşdirmək imkanı
- Təcili bildiriş - səsli mesaj yazmaq və lazımi sürücü qrupuna göndərmək imkanı
- Zənglərin qeydə alınması, ötürülməsi, zənglərin növbəsi və s.
Müştərinin ofisində mövcud ATS ilə inteqrasiya pulsuz təmin olunur.
Ratsiya və magistral rabitədən fərqli olaraq, təklif edilən həll daha çox üstünlüklərə malikdir:
- Radiotezliklərdən istifadə edilmir – müvafiq olaraq, onların istifadəsi üçün əlavə icazə almağa ehtiyac qalmır
- Bütün sürücülər ilə yox, məhz konkret sürücü ilə bağlantı qurmaq imkanı
- Avadanlıq daim qoşuludu, sürücü onu söndürə bilmir
- Əhatə dairəsi - bütün Azərbaycan
Bu həll, Azərbaycanda 3CX bulud PBX korporativ həllərin inteqratoru “IT Solutions” şirkəti ilə əməkdaşlıqda təqdim olunur.
Hazırda ölkədə fəaliyyət göstərən 1100-dən artıq şirkət və müəssisə GPS.AZ ilə xidmət müqaviləsi bağlayıb.