...

Azercell tələbələr üçün yeni imkanlar açır

Cəmiyyət Materials 17 Mart 2022 17:05 (UTC +04:00)
Azercell tələbələr üçün yeni imkanlar açır

Bakı. Trend:

Şirkət növbəti əmək yarmarkalarında iştirak edib

Ölkənin ən yaxşı işəgötürən şirkətlərindən biri olan Azercell istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daim xüsusi diqqət ayırır. Tələbə və məzunlar üçün keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb.

Belə ki, “Azercell Telekom” MMC Qərbi Kaspi Universitetində keçirilən əmək yarmarkasında iştirak edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən tədbirin məqsədi qısa müddət ərzində işəgötürənlərin zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək göstərilməsindən ibarətdir.

“Azercell Telekom” MMC-nin gənclərin peşəkar kadr hazırlığına dəstək məqsədilə iştirak etdiyi digər platformalar arasında “İBM Cybersecurity Analyst Professional Certificate” və “Google Data Analytics Professional Certificate” inkişaf proqramları çərçivəsində təşkil olunan əmək yarmarkası xüsusi yer tutur. Sərgidə 200-dən artıq gənc, data analitikası və kibertəhlükəsizlik üzrə kadr axtarışında olan müəssisə və təşkilatlar iştirak ediblər.

Yarmarka çərçivəsində Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri iş axtaran gəncləri maraqlandıran sualları cavablandırıb, şirkətdə mövcud vakansiyalar, iş şəraiti, namizədlər üçün tələblər və kadrların seçilməsi, tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında ətraflı məlumatı bölüşüblər.

Qeyd edək ki, on beş ildən artıqdır ki, Azərbaycan universitetlərində təhsil alan istedadlı gənclər Azercell-in xüsusi Tələbə Təqaüdü ilə təltif olunur və Təcrübə Proqramları çərçivəsində şirkətdə iş təcrübəsi ilə yanaşı müxtəlif təlimlərdən də faydalana bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti