...

Ceyn Kempion ən yaxşı rejissor nominasiyasında "Oskar" qazanıb

Cəmiyyət Materials 28 Mart 2022 07:27 (UTC +04:00)

Bakı. Trend:

Ceyn Kempion "Köpəyin gücü" (2021) filminə görə Ən yaxşı rejissor nominasiyasında "Oskar" mükafatını qazanıb.

Trend xəbər verir ki, bu 67 yaşlı Yeni Zelandiyalı rejissorun adıçəkilən nominasiyada ilk "Oskar" mükafatıdır. Daha əvvəl 1994-cu ildə C.Kempion “Piano” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında "Oskar" qazanmışdır.

Bu il o, Stiven Spilberq, Ryusuke Xamaquti, Pol Tomas Anderson və Kennet Brana kimi rejissorlarla mübarizədən qalib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti