...

Taylandın 300 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Cəmiyyət Materials 9 Aprel 2022 08:06 (UTC +04:00)
Taylandın 300 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Bakı. Trend:

Taylandın bir sıra bölgələrində havanın çirklənməsinin səviyyəsi icazə verilən həddi bir neçə dəfə keçib.

Trend-in məlumatına görə, bu barədə "World's Air Pollution" hava keyfiyyətinin monitorinqi məlumatlarında bildirilib.

Ölkənin 50 rayonunda havanın keyfiyyətinin indeksi bənövşəyi səviyyəyə (çox qeyri-sağlam) yüksəldilib və 50 balla 200-257 bal arasında dəyişir, yəni bütün insanların sağlamlığına mənfi təsir göstərə bilər. Uşaqlar, eləcə də astma kimi tənəffüs xəstəlikləri olan insanlar açıq havada vaxtlarını məhdudlaşdırmalıdırlar.

Krallığın qalan 250 rayonunda havanın keyfiyyəti indeksi qırmızı səviyyədə (qeyri-sağlam) qalır və 151-199 bal arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti