...

Bağçalara uşaq qəbulunun vaxtı açıqlanıb

Cəmiyyət Materials 14 Aprel 2022 11:24 (UTC +04:00)
Bağçalara uşaq qəbulunun vaxtı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayından etibarən məktəbəqədər təhsil müəssisəslərinə qəbul prosesi başlayacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə verilməsi özü də proses olaraq vaxt aparıb.

"Burada müvafiq elektron sistemləri qurub, hazırlamaq üçün vaxt lazımdır. Hazırda işlər davam edir. İyul ayından etibarən bağçalara uşaq qəbulunun başlanması nəzərdə tutulub", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti