...

Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama

Cəmiyyət Materials 14 Aprel 2022 12:04 (UTC +04:00)
Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hər gün səhər saatlarında Zabrat qəsəbəsindən Sabunçu dairəsinə kimi böyük tıxac yaranır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov pik saatlarda paytaxtda bir neçə istiqamət üzrə sıxlıq yaşanır.

"Ləngimələr daha çox metronun "Koroğlu" stansiyası istiqamətində, Tbilisi prospektində, Biləcəri enişində olur. Sıxlığın əsas səbəbi də bəzi sürücülərin dayanma-durma tələblərini pozması, eyni zamanda şəhərin mərkəzinə doğru zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsidir.

Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolundan Heydər Əliyev prospektinə çıxan yolda sürücülər əsasən səhər saatlarında 20-30 dəqiqə dayanmalı olur. Çünki yol polisi Sabunçu körpüsü ilə aeroport şosesinin kəsişməsində avtomobilləri hissə-hissə buraxır və keçmə növbəliliyini hissə-hissə tənzimləyirlər. Əgər həmin ərazidə əməkdaşlar xidmət aparmasa, nəqliyyat vasitələrinin hissə-hissə ardıcıl, növbəli şəkildə buraxılmasını təmin etməsələr, "Koroğlu" stansiyası istiqamətində avtomobillər saatlarla tərpənməz vəziyyətdə qalar və hərəkət dayanar", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti