...

Restoranlarda menyunun olmaması müştəri hüquqlarının pozulmasıdır - Assosiasiya

Cəmiyyət Materials 29 Aprel 2022 13:42 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə tez-tez rast gəlirik ki, müştəridən restoranda menyuda yazılan qiymətdən ya çox ödəniş alınır, ya da ki menyu olmur.

Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib ki, belə hallar yaşansa da bu kütləvi deyil.

Assosiasiya rəhbəri deyib ki, bu qiymətləri bazar özü tənzimləyir.

"Restoranlarda bahalıqdan şikayət edənlərlə yanaşı qiymətlərdən narazı olmayanlar da var. Baha qiymətlər təklif edən restoranların müştəriləri kifayət qədərdir. Biz Assosiasiya olaraq restoranlara öz fikirlərimizi bildiririk ki, yerli və xarici müştərilərə hesabda artıq pul yazmasınlar. Bundan başqa restoranlarda menyuların olması mütləqdir. Amma bütün restoranlar təəssüf ki, buna riayət etmir. Bu da restorana gələn müştərinin hüquqlarının pozulmasıdır. Restoranlara gedərkən mütləq menyu tələb edin", - deyə S.Dübəndi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti