...

Bakıda daha bir mediasiya təşkilatı fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 16 May 2022 10:30 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda daha bir mediasiya təşkilatı fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, 15 saylı mediasiya təşkilatı İçərişəhərdə yerləşir.

Ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun olaraq formalaşdırılıb, mübahisə tərəflərinin aralarındaki münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşürlər ilə təmin edilib. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti