...

Azərbaycanda Mediasiya Şurasının yaradılmasının böyük əhəmiyyəti var - BMT rəsmisi

Cəmiyyət Materials 23 May 2022 12:25 (UTC +04:00)
Azərbaycanda Mediasiya Şurasının yaradılmasının böyük əhəmiyyəti var - BMT rəsmisi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Elektron məhkəmə sisteminin, Mediasiya Şurasının yaradılmasının əhəmiyyəti böyükdür.

Trend-in məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı BMT-i üçün əsasdır.

"BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illərlə bağlı saziş mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların ədalətə çıxışının təmin olunması istiqamətində işlər aparılır. Bu məqsədlə biz qeyri-hökumət təşkilatları və qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sıx əməkdaşlıq edirik. Yaxın vaxtlarda Agentliklə memorandum imzalanacaq", - müşavir deyib.

O qeyd edib ki, həmçinin Azərbaycan höküməti Dayanıqlı inkişaf Məqsədlərinə böyük önəm verir:

"Azərbaycan hökuməti indiyə qədər də hesabatlar verib. Bu yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını verməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa sədaqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələdə dünyada ən qabaqcıl ölkələrdən olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti