...

Bu il 478 ailə barışdırılıb - Mediasiya Şurası

Cəmiyyət Materials 31 May 2022 11:50 (UTC +04:00)
Bu il 478 ailə barışdırılıb - Mediasiya Şurası
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində fəaliyyət göstərən 15 Mediasiya təşkilatına 10 min 197 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Mediasiya Təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda (Bakı, Gəncə və Lənkəran) mediasiya təşkilatı tərəfindən bölünən ümumi işlərin sayı 15 018 olub:

"Burada ailə mübahisəsi 12 872, kommersiya mübahisəsi 1550, əmək mübahisəsi 596 olub.

Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı 4821 olub. Ailə müraciətlərinin sayı 4238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 olub.

"Bu ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568 olub. Bunun 478-i ailə münaqişələrinin, 124-ü kommersiya, 101-i əmək münasibətlərində əldə olunub" - deyə N.Adilov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti