...

Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir

Cəmiyyət Materials 3 İyun 2022 17:10 (UTC +04:00)
Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərin Zod qızıl yatağının 76 faizi Azərbaycanda, 24 faizi isə Ermənistan ərazisindədir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O qeyd edib ki, yatağın ilkin qiymətləndirilmiş resurs ehtiyatı 112 ton qızıl olub.

“Yəqin ki, gələcəkdə ehtiyaların yenidən qiymətləndirilməsi mümkündür. İşğal dövründə yataq ciddi istismar edilib”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti