...

Bakı bulvarının bu hissəsi artıq bağlanıb

Cəmiyyət Materials 8 İyun 2022 15:06 (UTC +04:00)
Bakı bulvarının bu hissəsi artıq bağlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədər Dənizkənarı Milli Parkın bir hissəsi artıq bağlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, Dənizkənarı Milli Parkın “Azneft” dairəsindən Dəniz Vağzalına qədər olan əyləncə zonası üçün ayrılan hissəsi artıq bağlıdır.

Bu zonaya yalnız Formula 1-ə akkreditasiyası və ya bileti olan şəxslər daxil ola biləcək.

Qeyd edək ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin azarkeşləri Bakı yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti