Bakı. Trend:
Bakıda 134 nəfər XII sinifi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) bitirir.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir.
Eyni zamanda, paytaxtda 46 470 nəfər I sinfi başa vurur.