Bakı. Trend:
EKVİTA və tərəfdaşlarının maliyyə dəstəyi ilə 25 nəfər qazi SƏTƏM və yükqaldırma üzrə 6 aylıq peşə təhsilini başa vurdular. Onlara sertifikatlar təqdim olunub.
Təqdimat mərasimində millət vəkilləri və bir sıra nüfuzlu
qurumların nümayəndləri iştirak ediblər.
“Hər zaman qeyd etdiyimiz kimi EKVİTA bu kimi layihələrə dəstək
olmağa daima hazırdır və digər tərafdaş şirkətləri də aktiv
iştiraka səsləyir.” deyə EKVİTA şirkətinin təsisçisi və direktoru
İlqar Mehti öz çıxışı zamanı bildirmişdir.
Qeyd edək ki, layihə çərçivəsində qazilər altı ay ərzində “Kulane”
tədris mərkəzində 24 fənn üzrə təhsil alıblar. Vətən Müharibəsi
iştirakçılarının təhsil xərcləri ilə bərabər nəqliyyat xərcləri də
tərəfdaş şirkətlər tərəfindən maliyyələşdirilib. Layihə “Qarabağa
Dönüş” İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutub.