Bakı. Trend:
Fərqanə Vadisi Kənd Müəssisələrinin İnkişafı Layihəsi
EKVİTA Özbəkistanda Dünya Bankının ayırdığı kredit əsasında həyata keçiriləcək “Fərqanə Vadisi Kənd Müəssisələrinin İnkişafı” layihəsinin tenderində qalib elan olundu.
Layihənin əsas məqsədi Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində Fərqanə vadisində sahibkarlığın genişləndirilməsinə və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.
EKVİTA layihə çərçivəsində Fərqanə vadisində inkubasiya və akselerasiya ekosisteminin təşviqinə, eyni zamanda gənc startapçılara sahibkarlıq üzrə mentorluq və lazımi yardımın göstərilməsi ilə yanaşı potensial texnoloji startaplar üçün dəstəkləyici maliyyələşdirmə proqramlarının hazırlanmasında İnnovativ İnkişaf Nazirliyi və digər müvafiq qurumlara dəstək göstərəcəkdir.
Müddəti 36 ay olacaq layihə müvafiq qurumlar ilə birlikdə 100-dən çox startapı hədəf alacaqdır.
Qeyd edək ki, "EKVİTA" şirkəti hüquq, vergi, maliyyə, audit və
idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Özəl
sektordakı müştəriləri sırasında dünya miqyasında fəaliyyət
göstərən və “Fortune 500”də yer alan şirkətlər yer alıb. Müxtəlif
dövlət layihələri ilə yanaşı, "EKVİTA" həmçinin, Avropa
Komissiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı
və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında
iştirak edib.
"EKVİTA"nın aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları
tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.