...

Şərqi Zəngəzur və Qarabağda ümumölkə yerüstü radio kanallarının yayım əraziləri genişləndirilib

Cəmiyyət Materials 20 İyul 2022 12:53 (UTC +04:00)

Bakı. Trend:

20 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının bu il üçün 10-cu iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasın gündəliyində duran birinci məsələ Şərqi Zəngəzur və Qarabağ bölgələrində "Azərbaycan Radiosu", "İctimai Radio" və "Azad Azərbaycan Radiosu" ümumölkə yerüstü radio kanallarının yayım ərazilərinin genişləndirilməsi olub. Belə ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətindən, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasından Şuraya daxil olmuş müraciətlər əsasında həmin bölgədə yerləşən müxtəlif radio-televiziya yayım stansiyalarından (RTYS-dan) FM diapazonunda radio yayım üçün qeyd edilən yayımçılara radiotezliklərin ayrılması məsələsi müzakirə olunub. Müzakirələrdən sonra Şuranın qərarları ilə Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 100.5 MHs radiotezliyi, Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 103.5 MHs radiotezliyi, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan 105.0 MHs radiotezliyi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə, Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 99.5 MHs radiotezliyi, Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 101.5 MHs radiotezliyi "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə, Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 92.1 MHs radiotezliyi "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının istifadəsinə ayrılıb.

Daha sonra Fizuli rayonu ərazisində yerləşən "Əhmədbəyli" RTYS-dan 103.3 MHs radiotezliyində yayım aparan "Araz Radiosu"nun yayım radiovericisinin Xocavənd rayonundakı "Şahyeri" RTYS-na köçürülməsi məsələsi müzakirə olunub. Şuranın qərarı ilə Füzuli rayonu ərazisində yerləşən "Əhmədbəyli" RTYS-dan "Araz Teleradio" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmış 103.3 MHs radiotezliyi Xocavənd rayonundakı "Şahyeri" RTYS-dan 103.3 MHs radiotezliyi ilə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti