...

60 mediator barəsində intizam icraatı aparılıb - Mediasiya Şurasının sədri

Cəmiyyət Materials 26 İyul 2022 11:10 (UTC +04:00)
60 mediator barəsində intizam icraatı aparılıb - Mediasiya Şurasının sədri

Bakı. Trend:

60 mediator barəsində intizam icraatı aparılıb.

Trend-in məlumatına görə, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.

O bildirib ki, Mediasiya Şurası fəaliyyətə başlayandan indiyə kimi İntizam Komissiyası 60 mediator barəsində intizam icraatı aparıb.

"60 mediatorun 8-i barəsində 6 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına dair intizam məsuliyyəti, 1 mediator barəsində 3 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına dair intizam məsuliyyəti, 14 mediator barəsində Töhmət intizam məsuliyyəti tətbiq edilib", - Şura sədri bildirib.

O əlavə edib ki, 30 mediatorun hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib.

1 mediator barəsində araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti