...

Azərbaycanlı gənclər arasında təhsil üçün ən populyar ölkələr açıqlanıb

Cəmiyyət Materials 29 Avqust 2022 12:58 (UTC +04:00)
Azərbaycanlı gənclər arasında təhsil üçün ən populyar ölkələr açıqlanıb
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya azərbaycanlı gənclər arasında təhsil üçün ən populyar beş ölkə sırasında yer alıb.

Trend bu barədə "Erudera" universitet axtarış platformasına istinadən məlumat verir.

Qeyd olunur ki, ilk beşlikdə, həmçinin Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan yer alıb.

Məlumata əsasən, 2019/2020-ci tədris ilində Almaniyada 1 049 azərbaycanlı tələbə təhsil alıb.

2020/21-ci tədris ilində Almaniyada ümumilikdə 416 mindən çox əcnəbi tələbə təhsil alıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti