...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 23 Sentyabr 2022 12:42 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Abşeron yarımadasında gecə 19-21° isti, gündüz 23-25° isti, Bakıda gecə 19-21° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti