...

Azərbaycanda 92 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 1 Oktyabr 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 883 nəfərdir. Ölkədə son sutka ərzində 2 656, hazırkı dövrədək isə 7 252 623 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti