...

EKVİTA-nın “Azərsu” ASC ilə birgə layihəsi çərçivəsində “Kommunal Xidmətlərə Qoşulma” indikatoru üzrə diaqnostika matrisasının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2022 15:40 (UTC +04:00)
EKVİTA-nın “Azərsu” ASC ilə birgə layihəsi çərçivəsində “Kommunal Xidmətlərə Qoşulma” indikatoru üzrə diaqnostika matrisasının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkiliçatlığı ilə EKVİTA şirkətinin “Azərsu” ASC ilə imzalanmış layihə çərcivəsində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsi və “Kommunal Xidmətlərə Qoşulma” indikatoru üzrə diaqnostika matrisasının təqdimatı keçirilmişdir. Tədbir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində baş tutmuşdur.

Tədbirdə müvafiq nazirlik və dövlət müəssisələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun yeni reytinq göstəricisi barədə ətraflı məlumat verərək, Azərbaycanın da indikator üzrə qiymətləndiriləcəyinin nəzərə alıb layihənin əhəmiyyətindən danışmış, və Azərbaycanın yüksək reytinq göstəricilərinə nail olmaq üçün tədbirlər planının hazırlanacağını qeyd etmişdir. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov layihə çərçivəsində görülmüş işlər barədə məlumat vermiş və qiymətləndirmə matrisasının hazırlanmasında EKVİTA şirkətinin fəaliyyətini yüksək qiymətləndirmişdir.

EKVİTA şirkətinin partnyoru və layihənin meneceri Fərid Baxışıyev layihənin nəticələrini tədbir iştirakçılarına təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti