...

Bir sıra enerji içkilərinin markalanmasında, qəndlərdə ciddi pozuntular aşkarlanlanıb

Cəmiyyət Materials 27 Oktyabr 2022 11:18 (UTC +04:00)
Bir sıra enerji içkilərinin markalanmasında, qəndlərdə ciddi pozuntular aşkarlanlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra enerji içkilərinin markalanmasında, qəndlərdə ciddi pozuntular aşkarlanlanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bugünkü mətbuat konfransında məlumat verib.

Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət şəbəkələrində enerji içkisi olmayan içkilərin enerji içkisi kimi təqdim edilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, əksər ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib.

O bildirib ki, aparılmış monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır: “Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır. Markalanmasında ciddi pozuntular olan 2 enerji içkisinin geri çağırılması, 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb, ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib”.

Q.Təhməzli həmçinin aparılan yoxlamalarda şəkər tozu və qənd məhsullarında kükürd dioksid (SO2) miqdarının normadan artıq olmasının aşkarlanması ilə bağlı məlumat verib. Bildirib ki, monitorinqlər çərçivəsində 12 istehsalçıya məxsus məhsullarda kükürd dioksidin kütlə payının normadan artıq olması müəyyənləşdirilib. Bununla bağlı bütün müvafiq nəzarət tədbirləri görülüb. Görülmüş tədbirlərin nəticəsi olaraq, ümumilikdə, müəssisələr tərəfindən 1097 kq məhsul geri çağırılıb və bundan 547 kq məhsul məhv edilib. Anbarda olan 5309 kq məhsulun yenidən emalı təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti