...

Mineral suların istehsalı və ixracında yeni tələblər olacaq

Cəmiyyət Materials 27 Oktyabr 2022 11:49 (UTC +04:00)
Mineral suların istehsalı və ixracında yeni tələblər olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Yeni qanuna əsasən, qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına, eyni zamanda müxtəlif xəstəlik adlarının hallanmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bugünkü mətbuat konfransında deyib.

Qoşqar Təhməzli qeyd edib ki, təbii mineral sular üzərində mineral tərkibi ilə bağlı məlumatların göstərilməsinə nəzarət gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti