...

9 ayda 2 milyona yaxın nümunə AQTİ laboratoriyalarında analizə cəlb edilib

Cəmiyyət Materials 27 Oktyabr 2022 12:10 (UTC +04:00)
9 ayda 2 milyona yaxın nümunə AQTİ laboratoriyalarında analizə cəlb edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tabeliyində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyasına Latviya Akkreditasiya qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı təqdim edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara, ümumilikdə, 56 374 müraciət daxil olub və 1 810 342 nümunə müayinələrə cəlb edilib. Daxil olmuş nümunələrdə 1 894 340 müayinə aparılıb. Nümunələrdə aparılmış müayinələrin 5 800-də və ya 0.31 faizində uyğunsuzluqlar aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti