Bakı. Trend:
Elm və Təhsil Nazirliyi noyabrın 5-9-da beş və altı günlük təhsil müəssisələrində iş günlərinin necə tənzimlənəcəyi ilə bağlı məlumat verib.
Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Bununla əlaqədar beşgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-9-u isə qeyri-iş günləri hesab edilir. Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, noyabrın 8-9-u isə qeyri-iş günləri hesab edilir. Bir sözlə, 5 və 7 noyabr məktəblərdə iş günləridir.