...

II Şəhidlər Xiyabanı ziyarət edilir (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2022 12:28 (UTC +04:00)
II Şəhidlər Xiyabanı ziyarət edilir (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr - Zəfər günü ilə bağlı II Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət edilir.

Trend-in məlumatına görə, səhər saatlarından etibarən Vətən müharibəsi qaziləri, müharibə iştirakçıları ilə yanaşı, dövlət, hökumət rəsmiləri və ictimaiyyət nümayəndələri dəII Şəhidlər Xiyabanı ziyarət edərək, şəhidlərin xatirəsini anıb, ruhlarına dua oxuyublar.

Hazırda Xiyabana ziyarət davam edir.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti