...

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün işçi qrupu yaradılıb

Cəmiyyət Materials 10 Noyabr 2022 14:06 (UTC +04:00)
Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün işçi qrupu yaradılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi ilə bağlı məsələni həll etmək üçün Milli Onkologiya Mərkəzi ilə birgə işçi qrupu yaradılıb.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

"Bununla bağlı dəqiq hesablamalar lazımdır ki, bilək ki, bu işin öhdəsindən gələ bilərik ya yox. İlkin olaraq ümumi hesablama ilə təxminən 200 milyon manat ətrafında rəqəmlər görünür. Amma bu rəqəmlər də hələ dəqiq deyil. Biz yalnız rəqəmlər dəqiqləşəndən sonra deyə bilərik ki, həmin xəstəlik xidmətlər zərfinə salınacaq ya yox. Auitizm xəstələrinin diaqnostikası icbari tibbi sığorta çərçivəsində qismən həll olunur. Müalicəsi məsələsinə gəlincə, bu məsələni araşdırıb yazılı şəkildə geridönüş edərik” - deyə o qeyd edib.

Regionlarda olan ambulator tibb müəssisələrinin təmiri məsələsinə toxunan Z.Əliyev bildirib ki, ölkədə tənzimləyici orqan Səhiyyə Nazirliyidir. “Xəstəxanaların tikintisini məhz həmin qurum müəyyənləşdirir. Bizə bu kimi məsələlərlə bağlı müraciətlər gəldikdə Səhiyyə Nazirliyinə müraciət edirik və onlar da investisiya büdcəsi hesabına bunu həll edirlər. Biz də təbii ki, əsaslı təmir və ya cari təmir işlərində tibb müəssisələrinə dəstək oluruq. Növbəti ilin büdəcsində də bu işlər üçün əlavə 40 milyon manat vəsait nəzərdə tutulub”, - deyə Z.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti