...

Vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2022 16:49 (UTC +04:00)
Vətəndaşların fərdi qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, elektrik dirəklərinin yenilənməsi, qaz təchizatının bərpası, yol təmiri, torpaq sahəsinin sənədləşdirilməsi və digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr apararaq, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti