Beyləqan. Trend:
Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində bir ailənin 4 üzvü qətlə yetirilib.
Trend-in yerli bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürüb.
Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyib.
Qətlə yetirilən bir ailənin 4 üzvü bu gün Beyləqan rayonu Eyvazalılar kənd qəbiristanlığında dəfn olunub.
Qətlə yetirilən Quliyeva Tərgül Sərxan qızı qonşu kənd Eyvazllardan Tatalılara gəlin köçüb. Mərhumənin ailəsi qızlarının öz kənd məzarlığında dəfn etmək istəyiblər. Məhz bundan sonra ana və iki oğul övladının Eyvazalılar kənd qəbirstanlığında dəfn edilməsi razılaşdırılıb.
Quliyev Nadir Cümşüd oğlu isə Tatalılar kənd məzarlığında dəfn olunub.