...

Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində müraciətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 6 Dekabr 2022 12:20 (UTC +04:00)
Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində müraciətlərin sayı açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində bu günə kimi müraciətlərin ümumi sayı 4789-a çatıb.

Trend-in məlumatına görə, bunu "MG Consulting" şirkətinin nümayəndəsi Hamlet Babayev "İctimai nəzarət" layihəsinin onlayn platforması (www.enezaret.az) çərçivəsində görülən işlərin yekunlarına həsr olunmuş dəyirmi masada deyib.

H.Babayev qeyd edib ki, müraciətlərin ümumi sayından 1445 müraciət ümumi qaydalara aiddir, onlardan 737-si artıq təmin edilib, 285-nə baxılması nəzərdə tutulub.

Onun sözlərinə görə, müraciətlərin əsas hissəsi nəqliyyat, səkilər və lyuklarla əlaqədar problemlərlə bağlı olub.

Babayev əlavə edib ki, müraciətlərin 76 faizi “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərilib.

İctimai Nəzarət Onlayn Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq üçün Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Milli Açıq Hökumət Platforması ilə birgə həyata keçirilən pilot layihədir.

Bu platformanın yaradılmasında məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti