...

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində gənc alimlər üçün təşkil edilmiş təlim proqramı uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2022 15:24 (UTC +04:00)
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində gənc alimlər üçün təşkil edilmiş təlim proqramı uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

5 dekabr tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda EKVİTA şirkətinin təşkilatçılığı ilə gənc alimlərin tədqiqat bacarıqlarının artırılması, habelə elmi araşdırmaların aparılması zamanı mütərəqqi tədqiqat üsullarının tətbiqinin təmini məqsədilə təşkil edilmiş təlim kursları uğurla başa çatmışdır.

Təlimdə ölkənin müxtəlif ali tədris və elmi tədqiqat təşkilatlarında çalışan gənc alimlər iştirak etmişdir. Təlim kurslarında gənc alimlərə elmi-texniki tərəqqinin nəticələrinin mənimsənilməsi və ötürülməsi, sənaye 4.0 və rəqəmsallaşma şəraitdə tədqiqatların aparılması, və s. sahələrdə biliklər aşılanmış, eyni zamanda elmi tədqiqatın ümumi metodologiyası, elmi tədqiqatın mərhəllələri, elmi məqalələrin quruluşu və funksiyaları, elmi təsnifat sistemləri və almametrik indikatorlar, yırtıcı nəşriyyatların aşkarlanması və qarşısının alınması üsulları və s. mövzuları tədris edilmişdir.

Layihə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini tərəfindən təsdiq edilmiş “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasına dəstək kimi həyata keçirilmişdir. Sonda təlimlərdə uğurla iştirak edən gənc tədqiqatçılara sertifikatlar təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti