...

Orta məktəblərdə oğlanların sayı qızlardan çoxdur – STATİSTİKA

Cəmiyyət Materials 15 Dekabr 2022 14:47 (UTC +04:00)
Orta məktəblərdə oğlanların sayı qızlardan çoxdur – STATİSTİKA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda orta məktəblərdə oğlanların sayı qızlardan çoxdur.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayı 1 695 686 (bir milyon altı yüz doxsan beş min altı yüz səksən aıtı) nəfərdir. Onlardan 787 815 (yeddi yüz səksən yeddi min səkkiz yüz on beş) nəfəri - 46,46% qız, 907871 (doqquz yüz yeddi min səkkiz yüz yetmiş bir) nəfəri - 53,54% isə oğlandır.

Cins bölgüsü arasındakı fərq 120 056 nəfər -7,08%- dir.

Xəbər lenti

Xəbər lenti