...

1-ci sinifə qəbul olan uşaqların sayı ilə 11-ci sinifi bitirən uşaqların sayında fərq çoxdur - Dövlət Komitəsi

Cəmiyyət Materials 15 Dekabr 2022 16:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

1-ci sinifə qəbul olan uşaqların sayı ilə 11-ci sinifi bitirən uşaqların arasında fərq çoxdur.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O qeyd edib ki, təhsildən yayınma halları tək qızlara yox, oğlanlara da aiddir.

"1-ci sinifə qəbul olan uşaqların sayı ilə 11-ci sinifi bitirən uşaqların arasında fərq çoxdur. Bunu aidiyyəti qurum araşdırmalıdır. Ümumiyyətlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatı Milli Məclisdə təqdim olunandan sonra hər qurum özünə aid problemi araşdırmalıdır”, - deyə o qeyd edib.

S.Qəhrəmanova əlavə edib ki, bu gün uşağını məktəbə göndərməyən valideynlər cəzalandırılmır.

“Valideynin uşağı təhsildən yayındırmağa hüququ yoxdur. Bunu edən valideynlər də valideyn hüququndan məhrum edilməlidir. Biz bunu etsək, başqasına da görk olar”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti