Bakı. Trend:
Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” II Beynəlxalq elmi konfrans keçirilib.
Regionlarda ali təhsilin inkişafı, kadr potensialının
yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması,
innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin
potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə
alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir
araya gətirmək məqsədilə keçirilən konfrans hibrid formada təşkil
edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib,
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükütla yad edilib.
Plenar iclasda giriş nitqi ilə çıxış edən moderator, filialın
direktoru dosent Yusif Alıyev ADPU-nun rektoru prof. Cəfər
Cəfərovu, konfransda iştirak edən Qırğızıstan Respublikasının elm
və təhsil nazirini, yerli və xarici universitetlərin rektorlarını,
alimləri və araşdırmaçıları salamlayaraq qeyd etmişdir ki,
konfransa Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Yəmən,
Liviya, Əlcəzair, Özbəkistan, Qırğızıstan, Moldovadan 58 məqalə
qəbul edilmişdir.
Daha sonra giriş məruzəsi ilə çıxış edən ADPU-nun rektoru professor
Cəfər Cəfərov qeyd edib ki, son 20 ildə Azərbaycan hər sahədə
olduğiu kimi təhsil sahəsində də böyük uğurlara imza atmışdır. Belə
ki, ölkənin pedaqoji kadr hazırlığında ilk sırada yer alan ADPU və
onun filialları da bu sahədə bu sahədə xüsusilə fərqlənir.
Daha sonra Türkiyənin Qars Kafqaz Universitetinin rektoru prof.
Hüsnü Kapu, Moldovanın Tiraspol Dövlət Universitetinin rektoru
prof. Eduard Kropseanu, Pakistanın Pəncab Universitetinin Coğrafiya
departamentinin direktoru prof. Səfdər Əli Şirazi, Əlcəzairin
Bouira Universitetinin dekanı prof. Məhəmməd Celoul Zaadi,
Rusiyanın Nijnevartovsk Dövlət Universiretinin rektoru prof. Sergey
Qarlov, İranın Təbriz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri prof. Xəlil Vəlizadə, Yəmənin Ərəb İttifaqı Akademiyasının
prezidenti dr. Məhəmməd Əli Əhməd Humran, Özbəkistanın Termiz
Dövlət Universitetinin prorektorları dos. Mohirux Xoşimxuyayeva və
dos. Obidcan Şafiyev, Dağıstan Dövlət Texniki Universitetinin
rektoru dos. Nurməhəmməd Surakatov, Liviyanın Afrika Təhsil
Akademiyasının prezidenti dos. Əbdülsalam Əli Əhməd və ADPU-nun elm
və innovasiyalar üzrə prorektoru prof. Azəf Zamanov çıxış edərək
konfransın əhəmiyyətindən danışaraq, region universitetlərinin
inkişafına dair təklif və proqram xarakterli layihələr təqdim
etdilər.
Plenar iclasdakı çıxışlardan sonra konfrans iki bölmə üzrə onlayn
şəkildə öz işini davam etdirmişdir.
Qeyd edək ki, beynəlxalq konfrans filialın Ədəbiyyat və dillər
kafedrasının müəllimləri f.f.d. Elmira Əliyeva və b/m. Sərxan
Cəfərov tərəfindən sinxron tərcümə həyata keçirilib.
Konfransın materialları fiziki və elektron formada dərc
ediləcək.