Bakı. Trend:
Bütün əlaqədar qurumların nünmayəndələri ilə biz sığınacaqlardakı vəziyyəti təhlil edirik.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib.
O qeyd edib ki, sığınacaqların sayı təlabata uyğun gəlmir. “Hazırda bütün iqtisadi rayonlarda krizis mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanıb. Ümumilikdə 9 yardım mərkəzi var. Onlardan yalnız 3-ü sığınacaq xidməti göstərir. Olan budur. Onların çarpayı sayı da məhduddur. Yaxın zamanlarda həm cəmiyyətin tələbi, həm də qanunun üzərimizə qoyduğu tələbə uyğun biz bunu həll edəcəyik. Azad olunmuş ərazilərdə 2 ailə mərkəzinin tikintisi də nəzərdə tutulub. Bu mərkəzlər tamamilə yeni üslubda tikiləcək”, - deyə o qeyd edib.