Bakı. Trend:
Poçt şöbələrində POS-terminalların fəaliyyəti bu gündən etibarən bərpa edilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-dən bildiriblər.
Qeyd edək ki, 24-25 dekabr 2022-ci il tarixlərində, aparılan profilaktik tədbirlərlə əlaqədar olaraq poçt şöbələrində POS-terminalların fəaliyyəti dayandırılmışdı.