Bakı. Trend:
Keçən il bəzi milli parklarda və qoruqlarda baş verən yanğınların böyük hissəsi insan faktoru nəticəsində olub.
Trend-in məlumatına görə, bunu bu gün Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ilin yekunlarına dair mətbuat konfransında deyib.
Xidmət rəisi bildirib ki, yanğınların qarşısını almaq üçün yeni tədbirlər görüləcək: "Ərazilərdə süni su tutarlarının yaradılması, yanğınsöndürən avadanlıqların alınması, meşəlik ərazilərində yeni yolların, cığırların çəkilməsi planlaşdırılır. Müəyyən nəqliyyat vasitələri, yəni yanğın yerinə daha tez çatmaq üçün əməkdaşlar motosikletlərlə təmin olunub", - F.Əliyev qeyd edib.