...

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2023 08:46 (UTC +04:00)

Aslan Məmmədli, Bərdə.

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Trend xəbər verir ki, ondan 2 kiloqramdan çox heroin aşkar edilərək götürülüb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Seyfəddin Abbasov müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində və daha sonra evində aparılan baxış zamanı çəkisi 2 kiloqram 400 qrama yaxın güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti