...

Taylandın 285 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Cəmiyyət Materials 23 Yanvar 2023 07:42 (UTC +04:00)
Taylandın 285 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Bakı. Trend:

Tailandın 285 rayonunda yanvarın 23-də havanın çirklənməsi icazə verilən həddi bir neçə dəfə keçib.

Trend-in məlumatına görə, bu barədə "World's Air Pollution" monitorinqinin nəticələrində bildirilib.

Məlumata əsasən, ölkənin iki bölgəsində indeks qəhvəyi (təhlükəli) səviyyəyə yüksəlib. Uşaqlar və astma kimi respirator xəstəlikləri olan insanlar açıq havada vaxtlarını məhdudlaşdırmalıdırlar.

Banqkokun 36 rayonunda və qonşu vilayətlərdə indeks qırmızı (qeyri-sağlam) səviyyəyə yüksəldilib və 151-198 bal arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti